İçərişəhərdə yaşayan sakinlərin sayı açıqlanıb

Daxili siyasət
  • 23 dekabr, 2025
  • 12:41
İçərişəhərdə yaşayan sakinlərin sayı açıqlanıb

Hazırda İçərişəhərdə 3 500-ə yaxın sakin yaşayır.

"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud ilin yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərinin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, hamı İçərişəhərin yaşayış şəhəri olmağa davam etməsinə çalışmalıdır:

"Dünyada bir çox belə şəhərlər var ki, belə ərazilər muzeyə çevrilir, amma insanlar yaşamır. Belə olmasını istəmirik".

Son xəbərlər

Bütün Xəbər Lenti