İsa Qəmbər, Arif Hacılı və Gülağa Aslanlı Baş Prokurorluğa çağırılıblar

İsa Qəmbər, Arif Hacılı və Gülağa Aslanlı Baş Prokurorluğa çağırılıblar Onları idarənin Xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayevin qəbul edəcək
Daxili siyasət
14 İyun , 2017 16:15
İsa Qəmbər, Arif Hacılı və Gülağa Aslanlı Baş Prokurorluğa çağırılıblar

Bakı. 14 iyun. REPORT.AZ/ Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıblar.

"Report"un xəbərinə görə, onları idarənin Xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayevin qəbul edəcək.

İ.Qəmbərin, A.Hacılının və G.Aslanlının Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılması bir müddət əvvəl həbs edilən Əfqan Muxtarlının cinayət işi ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi