YAP icra katibinin müavini: “İnzibati cərimələrlə bağlı sənədi vətəndaşın evinə göndərmək düzgün deyil”

YAP icra katibinin müavini: “İnzibati cərimələrlə bağlı sənədi vətəndaşın evinə göndərmək düzgün deyil” "Təklif edərdim ki, İXM-i yenidən nəşr edərək cəmiyyətə yeni formada təqdim edək"
Daxili siyasət
2 Fevral , 2015 17:14
YAP icra katibinin müavini: “İnzibati cərimələrlə bağlı sənədi vətəndaşın evinə göndərmək düzgün deyil”

Bakı. 2 fevral. REPORT.AZ/ “İnzibati cərimələrlə bağlı sənədi vətəndaşın evinə və ya iş yerinə göndərmək düzgün deyil”. “Report”un məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

“Hətta elə rəhbər var ki, işçisini işdən azad etmək üçün müəyyən bəhanə axtarır. Ona görə də yanaşma fərqli olmalıdır. İctimai qınağa gəlincə, sosial reklamları gecə verirlər. Çünki günorta xəbərlər arası reklamın qiyməti kifayət qədər yüksəkdir”, - o bildirib.

Deputat həmçinin təklif edib ki, İnzibati Xətalar Məcəlləsi yenidən çap edilsin: “Hesablamalarıma görə, bu günə qədər Məcəllədə 1 000-dən çox dəyişiklik olub. Bu da məhkəmə və hüquq-mühafizə orqanlarının işində müəyyən problem yaradır. Məhkəmə prosesi zamanı yeni dəyişiklik əvəzinə köhnə qaydaya görə qərar çıxarılır ki, bu da sonda ciddi problem yaradır. Bu baxımdan təklif edərdim ki, MM-in yaz sessiyası ərəfəsində İXM-i yenidən nəşr edərək cəmiyyətə yeni formada təqdim edək”.

Spiker Oqtay Əsədov isə S.Novruzovun təklifinə cavab olaraq deyib ki, İXM-nə dəyişiklik təklifi verənlərin əksəriyyəti də məhz hüquq-mühafizə orqanlarıdır: “Odur ki, İXM-in yeni formada nəşrinə ehtiyac yoxdur. Çünki Məcəlləni yox, qanunları yenidən çap etməliyik. Ona görə də Əli Hüseynli ilə bunun başqa çıxış yolunu tapmalıyıq”.

Son xəbərlər

Orphus sistemi