Hikmət Hacıyev rəsmi "X" hesabında Laçından görüntülər paylaşıb

Daxili siyasət
  • 28 may, 2025
  • 12:59
Hikmət Hacıyev rəsmi X hesabında Laçından görüntülər paylaşıb
Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "X" hesabında Laçından paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımda deyilir:

"Laçın – gözəlliyi ilə heyran edən, vaxtilə 30 illik işğal və vandalizmdən yaralanmış, indi isə Prezident İlham Əliyevin rəhbərliyi altında Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilmiş şəhər – bu gün - Azərbaycanın Müstəqillik Günündə - qürurla üç qardaş ölkənin: Azərbaycan, Pakistan və Türkiyənin Zirvə toplantısına ev sahibliyi edir!"

Son xəbərlər

Bütün Xəbər Lenti