“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib

Daxili siyasət
  • 26 aprel, 2023
  • 11:49
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib
Heydər Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” qanunu təsdiqləyib.

"Report" xəbər verir ki, bununla da “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib.

Eyni zamanda, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiqlənib.