Hadı Rəcəblinin rəhbərlik etdiyi komitədə üzvlərin sayı artırılır

Daxili siyasət
  • 06 fevral, 2017
  • 10:28
Hadı Rəcəblinin rəhbərlik etdiyi komitədə üzvlərin sayı artırılır

Bakı. 6 fevral. REPORT.AZ/ Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinə yeni üzv qəbul ediləcək.

“Report”un məlumatına görə, komitənin yeni üzvü deputat Jalə Əliyeva olacaq.

Belə ki, MM-in daxili nizamnaməsinə əsasən, deputat J.Əliyeva Əmək və sosial siyasət komitəsinə üzv seçiləcək.

Bununla da həmin komitədə üzv deputatların (sədrlə birlikdə) sayı 11-ə çatacaq.

Xatırladaq ki, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.