Səfərbərlik Xidmətinin rəis müavini işdən çıxarılıb

Səfərbərlik Xidmətinin rəis müavini işdən çıxarılıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.
Daxili siyasət
10 noyabr 2021 13:35
Səfərbərlik Xidmətinin rəis müavini işdən çıxarılıb
0 : 00
0 : 00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsindən azad olunub.

O, həmçinin qurumun Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi vəzifəsindən də azad edilib. 

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Ona 2019-cu ilin fevral ayının 11-də general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.

 Şahvələd Əliyev
Şahvələd Əliyev
Orphus sistemi