Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev dəfn edilib
Daxili siyasət
- 26 sentyabr, 2024
- 11:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qalıqları Ağdərə rayonunun Sırxavənd kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.
Son xəbərlər
14:26
Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının növbəti iclası Nyu-Dehlidə keçiriləcək
Xarici siyasət
14:25
Ukraynada deputatlar mandatlarını itirmədən hərbi xidmət keçə bilər
Region
14:22
"AMAL Group"un xalis mənfəəti 39 %-dən çox azalıb
Maliyyə
14:12
Azərbaycanın Çindən avtobus idxalına çəkdiyi xərc 40 %-ə yaxın artıb
Biznes
14:12
"Bernli" İngiltərə futbolu tarixində yeni antirekord müəyyənləşdirib
Futbol
14:07
İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib
Sosial müdafiə
13:57
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Hadisə
13:52
Foto
DOST mərkəzlərində 5 milyonuncu vətəndaşa xidmət göstərilib
Sosial müdafiə
13:38
Paşinyan: Rusiya sərhədçiləri qarşıdakı illərdə Ermənistanı tərk edəcək
Region