Füzulidə 30 il əvvəl itkin düşən şəxsin nəşi Şüvəlanda dəfn olunub - YENİLƏNİB

Füzulidə 30 il əvvəl itkin düşən şəxsin nəşi Şüvəlanda dəfn olunub - YENİLƏNİB Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonununda itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənd rayonunun Edilli kəndində aşkarlanan Cahangir Məmi oğlu Xələfovun nəşi ailəsinə təhvil verilib.
Daxili siyasət
28 sentyabr 2023 11:43
Füzulidə 30 il əvvəl itkin düşən şəxsin nəşi Şüvəlanda dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonununda itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənd rayonunun Edilli kəndində aşkarlanan Cahangir Məmi oğlu Xələfov dəfn edilib.

"Report" xəbər verir ki, mərhum Şüvəlan qəbiristanlığınada torpağa tapşırılıb.

10.57

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonununda itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənd rayonunun Edilli kəndində aşkarlanan Cahangir Məmi oğlu Xələfovun nəşi ailəsinə təhvil verilib.

"Report" xəbər verir ki, mərhum vida mərasimi keçirildikdən sonra Şüvəlan qəbiristanlığınada torpağa tapşırılacaq.

Qeyd edək ki, C.Xələfov 1932-ci ildə Füzuli rayonunun Dördçinar kəndində anadan olub. 1993-cü ilin sentyabrında Füzuli rayonunda itkin düşüb. Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin C.Xələfova məxsus olduğu təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi