Füzuli sakini: “Doğma yurda qayıtmağın həyəcanını yaşayıram”

Daxili siyasət
  • 24 noyabr, 2023
  • 03:15
Füzuli sakini: “Doğma yurda qayıtmağın həyəcanını yaşayıram”

“Otuz ildən sonra doğma yurda qayıtmağın həyəcanını yaşayıram. Sevincimizin həddi-hüdudu yoxdur”.

Bunu “Report”-a açıqlamasında Füzuli sakini Həsənova Üsarə noyabrın 24-də Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yolasalma mərasimi zamanı deyib.

“Bir kədərli halım odur ki, həyat yoldaşımsız qayıdıram. Şükür edirəm ki, övladlarımla, nəvələrimlə doğma torpağıma qayıdıram. Ötən illər ərzində doğma yerləri övladlarıma şəkillərdə göstərirdim. Amma indi onlar Füzulinin necə gözəl bir məkan olduğunu öz gözləri ilə görəcəklər”, - deyə o qeyd edib.

Azərbaycan xalqının məğrurluğundan söz açan Həsənova Üsarə başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusuna, xalqımızın qəhrəman övladlarına minnətdarlığını bildirib:

“Bizə bu tarixi günləri yaşadan Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm, həmçinin qəhrəman şəhidlərimizə Allahdan rəhmət, cəsur qazilərimizə şəfa diləyirəm”.

Xatırladaq ki, bu gün daha 25 ailə (72 nəfər) Füzuli şəhərinə köçürülür. Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti