Fatma Səttarova: “Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində hərbi formanı çıxarmadı”

Daxili siyasət
  • 01 oktyabr, 2021
  • 07:22
Fatma Səttarova: “Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində hərbi formanı çıxarmadı”
İlham Əliyev

“Dünyada heç bir Prezident hərbi forma geyinib öz ordusu ilə döyüşdə olmayıb. Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində hərbi formanı çıxarmadı. Belə bir sərkərdə, Prezident yer üzündə yoxdur”.

“Report”un xəbərinə görə, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.

“Mən üzümü tutub Azərbaycan oğullarına deyirəm ki, Vətənimizi qoruyun, özünüzü qoruyun, xalqımıza xidmət edin. Azərbaycan torpağında çoxunun gözü var. Biz torpaqlarımızı qorumalıyıq. Biz sonuncu tikəmizi dostla, qonşu ilə bölən xalqıq. Mən fəxr edirəm ki, mənim Heydər oğlu Prezidentim, Mircəlal nəvəsi Birinci vitse-prezidentim var”, - o vurğulayıb.

44 - Tezliklə