Elman Rüstəmov yenidən Mərkəzi Bankın sədri təyin edildi - SƏRƏNCAM

Elman Rüstəmov yenidən Mərkəzi Bankın sədri təyin edildi - SƏRƏNCAM Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.
Daxili siyasət
16 Aprel , 2020 16:14
Elman Rüstəmov yenidən Mərkəzi Bankın sədri təyin edildi - SƏRƏNCAM
0 : 00
0 : 00

Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, E.Rüstəmov altıncı dəfədir 5 il müddətinə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib.

E.Rüstəmov 1992-ci ilin dekabr ayından AMB-də işləyir. O, ilk dəfə 1995-ci ildə 5 il müddətinə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib, 2000, 2005, 20102015-ci illərdə isə yenidən bu vəzifəyə seçilib.

2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

E.Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. Ailəlidir, 3 övladı var. 

Son xəbərlər

Orphus sistemi