Bakı. 23 iyul. REPORT.AZ/ “Milli Mətbuat Günü ilə bağlı tədbirlərdə Azərbaycan mediasının keçdiyi inkişaf yoluna, jurnalistlərin peşəkarlığının artırılmasına, onların problemlərinin həllinə, mətbuatımızın ölkəmizi daxildə və xaricdə təmsil etməsi, beynəlxalq proseslərdə iştirakı məsələlərinə dair müzakirələr aparıldı. Prezident
Ə.Həsənov Azərbaycan Prezidentinin milli mətbuatın 140 illik yubileyi ilə bağlı xüsusi sərəncam imzaladığını xatırladıb: “Sərəncama əsasən tədbirlər planı təsdiq olundu və mətbuat nümayəndələrinin bilavasitə iştirakı, Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Prezident Administrasiyasının təşkilatçılığı ilə mühüm tədbirlər keçirildi”.
“Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz problemləri kimi qarşılayır, media nümayəndələrinə lazımi qayğı göstərir. Prezident bunu dünənki çıxışında xüsusi qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir”, - deyə Əli Həsənov bildirib.