Baş nazir: "Bugünkü Azərbaycan Ulu Öndərin əsasını qoyduğu, arzuladığı və görmək istədiyi ən güclü ölkədir"

Baş nazir: "Bugünkü Azərbaycan Ulu Öndərin əsasını qoyduğu, arzuladığı və görmək istədiyi ən güclü ölkədir" "Bugünkü Azərbaycan Ulu Öndərin əsasını qoyduğu, arzuladığı və görmək istədiyi ən güclü ölkədir".
Daxili siyasət
6 May , 2023 10:55
Baş nazir: Bugünkü Azərbaycan Ulu Öndərin əsasını qoyduğu, arzuladığı və görmək istədiyi ən güclü ölkədir

"Bugünkü Azərbaycan Ulu Öndərin əsasını qoyduğu, arzuladığı və görmək istədiyi ən güclü ölkədir".

"Report"un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində Azərbaycan öz tarixinin ən möhtəşəm yüksəliş dövrünü yaşayır: "Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, ev-eşiyindən didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması idi: "Heydər Əliyev o günün gələcəyinə dərindən inanırdı. Ata vəsiyyətini şərəflə yerinə yetirmiş Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı və parlaq qələbəsi, Qarabağın tacı olan Şuşada üçrəngli bayrağımızın dalğalanması Heydər Əliyevin amallarının təntənəsidir".

Son xəbərlər

Orphus sistemi