"Əfv sərəncamında adımın olmasını arzulasam da, reallaşacağını düşünmürdüm. Çox şükür ki, arzuma çataraq bu gün azadlıqdayam".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyevin imzaladığı Əfv sərəncamına əsasən azadlığa çıxan qadın Züleyxa Cəfərova deyib.
O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:
"Bu gün onların sayəsində sevinc hissi yaşayıram. Bu gün mənim üçün üçqat bayramdır. Həm 28 May - Müstəqillik Günü, həm övladlarıma qovuşmağım, həm də sabah qardaşımın toyunda iştirak etməyim bir başqa xoşbəxtlikdir. Digər məhkum qadınların da azadlığa buraxılmasını arzu edirəm".
Əfv sərəncamı ilə azadlığa buraxılan Əfsanə Hüseynova da Prezident İlham Əliyevə təşəkkürünü bildirib:
"Xəbəri eşidəndən inana bilmirəm. Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur. Şükürlər olsun ki, övladlarıma qovuşuram".