​Əfv Komissiyasının iclaslarında 200-dən çox müraciətə baxılıb

​Əfv Komissiyasının iclaslarında 200-dən çox müraciətə baxılıb Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
Daxili siyasət
3 Mart , 2016 17:24
​Əfv Komissiyasının iclaslarında 200-dən çox müraciətə baxılıb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb.

"İndiyə qədər keçirilən iki iclasda 200-dən çox müraciətə baxılıb və onların xeyli hissəsinə müsbət rəy verilib. Amma təbii ki, son qərarı cənab Prezident verəcək. Novruz bayramına qədər daha bir neçə iclasın keçiriləcəyi gözlənilir", - R.Məcid bildirib.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının yeni tərkibinin ilk iclası martın 1-də keçirilib.

Son xəbərlər

Orphus sistemi