Yuxarı

Rəşad Məcid

 - 

Mətbuat Şurası İdarə Heyətinin üzvü



2004

2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib. Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.

1995

1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin H.Zərdabi adına mükafatına layiq görülüb.

1994

1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb.

1993

1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub.

1992

1992-ci ildə "525-ci qəzet"i təsis edib.

1991

1991-1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub.

1990

1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb.

1988

1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1985

1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib.

1964

Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub.