Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib Müasir müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni enerji strategiyasının müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) tədbir keçirilib.
Daxili siyasət
10 May , 2024 21:30
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Müasir müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni enerji strategiyasının müəllifi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) tədbir keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə SOCAR-ın kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıb.

Daha sonra SOCAR-ın Baş ofisinin akt zalında Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf həyatını dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə, xalqımızın parlaq gələcəyinin təmin olunmasına həsr edən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının ölkəmizin hərtərəfli tərəqqisini təmin etdiyini, neft-qaz sənayemizin dayanıqlı inkişafının əsasını qoyduğunu vurğulayıb.

Dahi şəxsiyyət Heydər Əliyevin yeni enerji strategiyasının uğurlu icrasından, beynəlxalq enerji şirkətlərinin Azərbaycanın neft-qaz yataqlarının işlənməsinə cəlb olunmasından bəhs edən SOCAR prezidenti bu il 30 illik yubileyinin qeyd olunacağı “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətini xüsusi vurğulayıb.

Rövşən Nəcəf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində neft-qaz sektorunun sürətlə inkişaf etdiyini, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi regionun lider dövlətinə çevrildiyini vurğulayıb.

Kompleks Qazma İşləri Trestinin əməkdaşı, qazma ustası Firdovsi Əhmədov çıxışında Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin neft sənayesinin inkişafı istiqamətində atılan addımlardan, neftçilərə göstərilən dövlət qayğısından bəhs edib.

“Azneft” İstehsalat Birliyinin əməkdaşı Elmir Qocayev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətindən danışaraq Ulu Öndər tərəfindən gənc nəslin vətənpərvər ruhda formalaşdırılması, dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi və gənclərin təşkilatlanması istiqamətlərində gördüyü işləri xüsusi qeyd edib.

Sonra tədbir Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi