Ədliyyə naziri Fikrət Məmmədov Naxçıvana gedib

Ədliyyə naziri Fikrət Məmmədov Naxçıvana gedib Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və nümayəndə heyəti sentyabrın 14-də Naxçıvana gəliblər.
Daxili siyasət
14 Sentyabr , 2023 10:06
Ədliyyə naziri Fikrət Məmmədov Naxçıvana gedib

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və nümayəndə heyəti sentyabrın 14-də Naxçıvana gəliblər.

"Report"un yerli bürosu xəbər verir ki, qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, onun xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyində olan ziyarətçilər Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Səfər çərçivəsində Ədliyyə naziri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Həmçinin, gün ərzində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi