Azərbaycan Prezidenti: "Gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var"

Azərbaycan Prezidenti: "Gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var" Bakı. 13 fevral. REPORT.AZ/ Forum çox möhtəşəm bir tədbir idi. Orada toplaşmış 3500 gənc öz iradəsini, dövlətə olan sədaqətini göstərdi. Forum məndə çox böyük təəssürat yaratdı. Yəni, mənə çox böyük, gözəl təəssürat bağışladı. Bir daha gördüm ki, Azərbaycan gəncləri dövlətə, Vətənə nə qədər sədaqətlidir, nə qədər cəsarətlidir, nə qədər biliklidirlər.
Daxili siyasət
13 Fevral , 2019 00:18
Azərbaycan Prezidenti: Gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var

Bakı. 13 fevral. REPORT.AZ/ "Forum çox möhtəşəm bir tədbir idi. Orada toplaşmış 3500 gənc öz iradəsini, dövlətə olan sədaqətini göstərdi. Forum məndə çox böyük təəssürat yaratdı. Yəni, mənə çox böyük, gözəl təəssürat bağışladı. Bir daha gördüm ki, Azərbaycan gəncləri dövlətə, Vətənə nə qədər sədaqətlidir, nə qədər cəsarətlidir, nə qədər biliklidirlər".

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev REAL televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var. Gənclər üçün imkanlar açılır, gənclər dövlət işinə dəvət olunurlar. Mən göstəriş vermişəm ki, Azərbaycanın müxtəlif təşkilatları, dövlət qurumları könüllüləri işə cəlb etsinlər. Yəni, təkcə “ASAN”da yox, başqa qurumlarda, indi Aqrar Könüllülər Təşkilatı yaradıldı. Hesab edirəm ki, bizim bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət göstərməlidirlər, təcrübə qazanmalıdırlar və özlərini gələcəyə hazırlamalıdırlar.

Mən çıxışımda gənclərə öz sözümü dedim. Dedim ki, əlbəttə, bilikli, savadlı olmalıdırlar. Çünki hər bir ölkənin inkişafı vətəndaşların intellektual səviyyəsindən asılıdır, təbii sərvətlərdən yox, hansısa başqa qaynaqlardan yox, məhz intellektual səviyyədən. Baxın, inkişaf etmiş ölkələrin təcrübəsinə. Onlar nəyin hesabına inkişaf ediblər? Texnologiyaların, innovasiyaların, biliyin, savadın. Ona görə Azərbaycan gəncləri də mütləq bilikli, savadlı olmalıdırlar. Eyni zamanda, mən forumda da bunu dedim, gənclərimiz milli ruhda tərbiyə almalıdırlar. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi qorumuşuq. Halbuki bu, çətin idi. Nəyin hesabına? İlk növbədə, ona görə ki, biz həmişə milli-mənəvi dəyərlərə sadiq olmuşuq, həmişə Azərbaycan dəyərlərini qorumuşuq. Bunu əsrlər boyu ən əlverişsiz mühitdə qorumuşuq, bu gün də qorumalıyıq. Bunu qoruyan nəsillərdir - yaşlı nəsil, gənc nəsil. Bu gün biz bunu qoruyuruq və Azərbaycanın müstəqilliyinin, xalqımızın milli maraqlarının keşiyində durmuşuq. Bax, bu gün yetişən gənclər gələcəkdə eyni addımları atmalıdırlar. Bunu etmək üçün onlarda milli təfəkkür, milli düşüncə, milli ruh olmalıdır. Biz çalışırıq gəncləri bu istiqamətə yönləndirək ki, onlar böyüyəndə həmişə Azərbaycanın dövlət müstəqilliyinin keşiyində dursunlar. Ona görə hesab edirəm ki, bilik, savad, müasirlik, vətənpərvərlik, milli ruh gənclərimizin əsas prinsipləri olmalıdır. Mən şadam ki, Azərbaycan gəncləri məhz bu meyarlara cavab verirlər".

Son xəbərlər

Orphus sistemi