DİN: Sabunçuda 310 nömrəli uşaq bağçası ilə bağlı yayılan məlumatlar nəzarətə götürülüb, cinayət işi başlanıb
Daxili siyasət
- 13 iyul, 2024
- 09:13
Bakının Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov "Report"a bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.
"Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək", - A.Qafarov deyib.
Son xəbərlər
13:35
"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq
Fərdi13:34
"Azdrama"nın aktrisası: Bura heç kəsin teatrı deyil, başqa yerlərdən aktyorların dəvəti normaldır
İncəsənət13:34
Foto
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb - YENİLƏNİB
Daxili siyasət13:32
Azərbaycanda talassemiya diaqnozu ilə doğulan körpələrin sayı azalıb
Sağlamlıq13:32
ADY: Bakı-Xırdalan-Bakı istiqaməti üzrə qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək
İnfrastruktur13:24
Rauf Namazov: "Rəqəmsallaşma maliyyə cinayətlərini daha mürəkkəb edib"
Maliyyə13:23
Gəncədə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
İnfrastruktur13:18
Alparslan Bayraktar: Türkiyənin Azərbaycanla nümunəvi enerji əməkdaşlığı var
Xarici siyasət13:11