DİN-in yeni veb-saytı istifadəyə verilib

DİN-in yeni veb-saytı istifadəyə verilib Daxili İşlər Nazirliyinin (DİN) müasir standartlara cavab verən yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilib.
Daxili siyasət
26 Noyabr , 2021 12:00
DİN-in yeni veb-saytı istifadəyə verilib

Daxili İşlər Nazirliyinin (DİN) müasir standartlara cavab verən yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilib.

“Report”un xəbərinə görə, yeni resurs dizayn və informativ baxımdan yeni metodlara uyğun hazırlanıb.

Proqram təminatı və tərtib olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsiplərinin və innovativ yeniliklər tətbiq olunub.

Yeni resursda mətbuatla əlaqələrin operativ qurulması, vətəndaş müraciətləri və DİN-in digər fəaliyyət sahələri ilə bağlı müfəssəl proqram təminatı yaradılıb.

Sayt həm funksionalığı, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilməklə yeni modullar əlavə edilib.

Hazırda DİN-in saytına https://mia.gov.az/az/ ünvanından daxil olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi