“Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən, xüsusən də, ulu öndər
Bunu “Report”a açıqlamasında
O bildirib ki, bu, məhz Azərbaycan polisinin xidməti nəticəsində mümkün olub: “Azərbaycan polisi vətədndaşın təhlükəsizliyini, sakit həyat yaşamasını təmin edir və cəmiyyətdə kriminal hadisələrin baş verməsinin qarşısını alır. Ölkəmizdə mütəşəkkil cinayətkar dəstələr yoxdur. İnsanların həyatına heç bir ciddi təhdidlər qeydə alınmır. Eyni zamanda törədilən cinayətlərin də üstü operativ şəkildə açılır. Uzun müddətdir Daxili İşlər Nazirliyinə rəhbərlik etmiş general-polkovnik
"Bu gün rahat şəkildə deyə bilərik ki, Azərbaycan nəinki MDB məkanında, hətta dünyada kriminal vəziyyətin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir”.
Aydın MirzəzadəMilli Məclisin deputatı Aydın Mirzəzadə
Deputat xatırladıb ki, 1918-ci ildə Azərbaycan xalqı müstəqil dövlətini yaratdıqdan sonra bir çox dövlət atributlarının, o cümlədən polisin yaradılması barədə qərar verilib: “Azərbaycan polisi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətində (AXC) ictimai asayişin qorunmasında böyük işlər görüb. Baxmayaraq ki, bu müddətdə dövlətçilik təcrübəsi az idi və Ermənistan tərəfindən ərazilərin tutulması üçün hücumlar olurdu, müharibə gedirdi. Bununla belə, ictimai asayiş qorunurdu. Həmin dövrün DİN rəhbərləri Azərbaycan tarixində dövlətçiliyə şərəflə xidmət edən insanlar kimi qalıblar. Azərbaycan müstəqilliyini itirdikdən sonra isə məhdud muxtariyyətə baxmayaraq həmin dövrdə sovet milisinin tərkibində Azərbaycan milisi ictimai asayişin qorunmasında, xalqın dinc yaşayışının təmin olunmasında böyük rol oynayıb. Həmin dövrdə daxili işlər orqanları rəhbərləri, əsasən, qeyri-azərbaycanlılardan ibarət idi. Ona görə də azərbaycanlılara qarşı çox böyük təzyiqlər olurdu. Bununla belə, milis orqanlarında çalışan azərbaycanlılar xalqımızın təhlükəsizliyinin və mənəvi dəyərlərinin qorunmasında böyük xidmətlər göstəriblər”.
"Tarix boyu Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyin təmin olunmasında fədakarlıq nümayiş etdirib".
Hikmət BabaoğluДепутат Хикмет Бабаоглу
Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən digər deputat Hikmət Babaoğlu isə “Report”a açıqlamasında qeyd edib ki, Azərbaycan polisi müstəqillik dövründə ön cəbhədə düşmənə qarşı döyüşlərdə və ölkə daxilində sabitliyin, təhlükəsizliyin təmin olunmasında böyük xidmətlər göstərib: “Hər bir müstəqil dövlətin əsas atributlarından biri onun güc strukturları, hüquq-mühafizə orqanlarıdır. Biz bu gün qürurla daxili işlər orqanlarının yaradılmasının 101 illiyini qeyd edə bilərik. Bu, AXC-dən bizə miras qalan böyük bir töhfədir. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın ayrı-ayrı mərkəzi icraetmə strukturlarının yaranma tarixi müxtəlif vaxtlarda qeyd olunurdu. Ulu öndər Heydər Əliyev məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməklə iyulun 2-də Azərbaycanda Polis Gününün qeyd olunması ilə bağlı fərman imzalayıb. Bilirsiniz ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müharibəyə cəlb olundu və torpaqlarımızın bir hissəsi işğal edildi. Elə bu dövrdən başlayaraq polislərimiz şücaətlə xidmət etdilər və ön cəbhədə şəhid olanlar arasında polislərimiz də var. Tarix boyu Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında fədakarlıq nümayiş etdirib. Ümummilli lider Heydər Əliyev və Prezident