Çingiz Əsgərov: "Kompensasiya ilə bağlı vahid rəqəm hazırlayıb Avropa Məhkəməsinə təqdim edəcəyik"

Çingiz Əsgərov: "Kompensasiya ilə bağlı vahid rəqəm hazırlayıb Avropa Məhkəməsinə təqdim edəcəyik" "Azərbaycan dövlətinin Ermənistana qarşı iddiası ilə bağlı kompensasiya mərhələsinə hələlik gəlib çatılmayıb".
Daxili siyasət
24 Avqust , 2022 12:34
Çingiz Əsgərov: Kompensasiya ilə bağlı vahid rəqəm hazırlayıb Avropa Məhkəməsinə təqdim edəcəyik
Çingiz Əsgərov

"Azərbaycan dövlətinin Ermənistana qarşı iddiası ilə bağlı kompensasiya mərhələsinə hələlik gəlib çatılmayıb".

Bunu "Report"un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

"Çünki bu, böyük bir şikayətdir. Biz məcburi köçkünlərin Konvensiyada nəzərdə tutulan bütün hüquqları və pozulmuş hüquqları ilə bağlı şikayət vermişik. Şikayətin mümkünlüyündən sonra mahiyyətinə baxılacaq. Bundan sonra isə biz kompensasiya ilə bağlı vahid rəqəm hazırlayıb Avropa Məhkəməsinə təqdim edəcəyik. Məhkəmə də bununla bağlı qərar qəbul etməli olacaqdır", - Ali Məhkəmənin sədr müavini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi