Cəlilabadda şəhid Səid Həsənovun ev muzeyi açılıb

Cəlilabadda şəhid Səid Həsənovun ev muzeyi açılıb Cəlilabad rayonunun Əsədli kəndində Vətən müharibəsi iştirakçısı, şəhid gizir Səid Həsənovun anım günüdə xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev muzeyinin açılışı olub.
Daxili siyasət
14 Sentyabr , 2023 15:50
Cəlilabadda şəhid Səid Həsənovun ev muzeyi açılıb

Cəlilabad rayonunun Əsədli kəndində Vətən müharibəsi iştirakçısı, şəhid gizir Səid Həsənovun anım günündə xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev muzeyinin açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, muzeyin açılış mərasimində rayon rəsmiləri, ziyalılar, yerli sakinlər, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.

Çıxışlarda torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edilib. Cəmiyyətimizin hər zaman şəhidlərin ailə üzvlərinin yanında olacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Səid Həsənov ötən ilin sentyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan bayrağı" ordeni, "Döyüşdə fərqlənməyə görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi