Cəlilabadda elektrik xətlərinin kabelləşmə işləri yarımçıq qalıb

Cəlilabadda elektrik xətlərinin kabelləşmə işləri yarımçıq qalıb Cəlilabad rayonunun Sadatlı kəndində "Azərişıq" ASC tərəfindən həyata keçirilən elektrik xətlərinin kabelləşmə işləri yarımçıq qalıb.
Daxili siyasət
19 Dekabr , 2022 13:08
Cəlilabadda elektrik xətlərinin kabelləşmə işləri yarımçıq qalıb

Cəlilabad rayonunun Sadatlı kəndində "Azərişıq" ASC tərəfindən həyata keçirilən elektrik xətlərinin kabelləşmə işləri yarımçıq qalıb.

Bu barədə "Report"un Muğan bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kənddə kabelləşmə işləri aparılsa da, 24 evin yerləşdiyi ərazi prosesdən kənarda qalıb. Sakinlər bildirib ki, yararsız vəziyyətə düşdüyü üçün yenilənməyə ehtiyacı olan həm elektrik xətləri, həm də elektrik dirəkləri hələ də təhlükəli vəziyyətdədir:

"Biz bununla bağlı müvafiq qurumlara müraciət edəndə bildirdilər ki, layihədə nəzərdə tutulmayıb. Amma görünən odur ki, elektrik xətləri və dirəklər bərbad vəziyyətdədir. Bunların hamısı sonuncu dəfə sovet vaxtı düzəldilib. Ona görə də bir az külək əsən kimi işıqlar sönür".

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, qeyd olunan ərazilər tenderə salınmayıb və ona görə də həmin ərazilərdə işlər yarımçıq qalıb.

Həmçinin məlumatda vurğulanıb ki, yaxın müddətdə material sifariş olunacaq və işlərə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi