Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2 Bu gün Laçının daha 86 sakini Bakıdan doğma şəhərə yola salınacaq.
Daxili siyasət
14 Dekabr , 2023 17:30
Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2

Bakı şəhərinin Qaradağ rayonundan dekabrın 14-də yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 383 ailənin, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib.

06:25

Bu gün Laçının daha 86 sakini Bakıdan doğma şəhərə yola salınıblar.

“Report” xəbər verir ki, 20 ailə yurduna köçüb.

Onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınıblar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

Qeyd edək ki, indiyədək Laçın şəhərinə 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.

06:00

Bu gün Laçının daha 86 sakini Bakıdan doğma şəhərə yola salınacaq.

“Report” xəbər verir ki, 20 ailə yurduna köçəcək.

Onlar Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınacaqlar.

Son xəbərlər

Orphus sistemi