Biləsuvarda Şəhidlər Xatirə Parkının açılışı olub

Biləsuvarda Şəhidlər Xatirə Parkının açılışı olub Biləsuvar rayonunun Ağalıkənd kəndində şəhidlərin xatirəsinə həsr olunan Şəhidlər Xatirə Parkının açılışı olub.
Daxili siyasət
10 May , 2023 15:58
Biləsuvarda Şəhidlər Xatirə Parkının açılışı olub

Biləsuvar rayonunun Ağalıkənd kəndində şəhidlərin xatirəsinə həsr olunan Şəhidlər Xatirə Parkının açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə şəhidlərin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Ağalıkənd kəndi Birinci Qarabağ müharibəsində 2, Vətən müharibəsində 6, Sentyabr döyüşlərində isə 1 şəhid verib.

Xatirə parkında yerləşən lövhədə Birinci Qarabağ müharibəsi şəhidləri - Coşqun Qurbanov və İmanverdi Hüseynov, İkinci Qarabağ müharibəsi şəhidləri - Ruslan Qurbanov, Osman Bayramov, Surac Sadıqov, Elmar Mirzəyev, Ziyəddin Xanaliyev və Əlyar Məmmədov, eləcə də Sentyabr döyüşləri şəhidi Məhəmməd Məmmədovun adları, fotoları və onlar haqqında məlumatlar öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi