Biləsuvarda şəhidin xatirə lövhəsinin açılışı olub

Biləsuvarda şəhidin xatirə lövhəsinin açılışı olub Biləsuvar rayonunda şəhid Zöhrab Azad oğlu Kərimovun xatirə lövhəsinin açılışı olub.
Daxili siyasət
25 Oktyabr , 2022 18:12
Biləsuvarda şəhidin xatirə lövhəsinin açılışı olub

Biləsuvar rayonunda şəhid Zöhrab Azad oğlu Kərimovun xatirə lövhəsinin açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, xatirə lövhəsi şəhidin yaşadığı evin fasadında quraşdırılıb.

Bununla bağlı keçirilən mərasimdə rayon rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidin döyüş yolundan, bu ilin sentyabrında baş verən sərhəd döyüşləri zamanı düşmən təxribatının qarşısını alarkən göstərdiyi igidlik və şücaətdən söz açılıb. Qeyd olunub ki, məhz Zöhrab kimi Vətən oğullarının qəhrəmanlıqları və ayıq-sayıqlığı nəticəsində düşmənin istənilən təxribatının qarşısı alınır. Bildirilib ki, Azərbaycan hərbçisi hətta canı və qanı bahasına olsa belə, Vətənin müdafiəsindən bir an da olsun geri çəkilmir.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Zöhrab Kərimov bu ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Son xəbərlər

Orphus sistemi