Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 17 ailə Cəbrayıla köçürülüb

Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 17 ailə Cəbrayıla köçürülüb Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Daxili siyasət
25 Dekabr , 2024 21:59
Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 17 ailə Cəbrayıla köçürülüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

Cəbrayıl Rayon İcra Hakimiyyətindən "Report"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 17 ailə - 84 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.

Bununla yanaşı, Bakı şəhərindən 23 ailə - 122 nəfər, Abşeron rayonundan 4 ailə - 21 nəfər, Şəki rayonundan 2 ailə - 10 nəfər, Sumqayıt şəhərindən 1 ailə - 6 nəfər, Saatlı rayonundan 1 ailə - 5 nəfər, Beyləqan rayonundan 1 ailə - 5 nəfər olmaqla 49 ailə - 253 nəfər Cəbrayıl şəhərinə yola salınıb.

Həmçinin qeyd olunub ki, bugünədək respublikamızın müxtəlif bölgələrində məskunlaşmış cəmi 287 ailə - 1 169 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.

Son xəbərlər

Orphus sistemi