"Baku TV"nin rəhbəri: Müharibənin hərbi fazası yekunlaşsa da, informasiya savaşı hələ bitməyib

"Baku TV"nin rəhbəri: Müharibənin hərbi fazası yekunlaşsa da, informasiya savaşı hələ bitməyib Hərbi müharibə yekunlaşsa da, böyük qüvvələrin cəlb olunduğu informasiya savaşı bitməyib.
Daxili siyasət
19 Dekabr , 2024 17:14
Baku TVnin rəhbəri: Müharibənin hərbi fazası yekunlaşsa da, informasiya savaşı hələ bitməyib
Ramin Cəfərov

Müharibənin hərbi fazası yekunlaşsa da, böyük qüvvələrin cəlb olunduğu informasiya savaşı hələ bitməyib.

"Report" xəbər verir ki, bunu "Baku TV"nin direktoru Ramin Cəfərov Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda konfransda deyib.

O, rəhbərlik etdiyi "Baku TV"nin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətdən də danışıb:

"Biz beş dildə videomateriallar hazırlayaraq informasiya müharibəsinə öz töhfəmizi veririk. Amma Prezident İlham Əliyev beynəlxalq KİV-lərə verdiyi müsahibələrlə, Şuşada keçirilən forumla media nümayəndələrinə böyük dəstək verir".

R.Cəfərov dövlət başçısının informasiya cəbhəsindəki fəaliyyətindən ilhamlanaraq mübarizəni effektli qaydada aparmağa çalışdıqlarını bildirib:

"Prezident Şuşa qlobal media forumunda altı saat dayanmadan müxtəlif dillərdə jurnalistlərə cavab verməsindən ilhamlanaraq düşündük ki, nəinki dünya azərbaycanlılarına Azərbaycan dilində məlumat ötürək, həmçinin ingilis, rus, fransız və erməni dillərində də videomateriallar hazırlayaraq mübarizəmizi davam etdirək".

"Baku TV"nın rəhbəri bütün işlərin xarici dillərdə yayım aparmaqla bitmədiyini, rəqəmsal jurnalistikanın artıq cəmiyyətin həyatına daxil olduğunu vurğulayıb:

"Əvvəllər biz canlı yayım sözünü ənənəvi televiziyalarda görürdüksə, indi sosial şəbəkələrdə də istənilən an canlı yayımlar açılır.ə Belə olduqda, feyk xəbərlərə də rast gəlmək mümkündür. Bu səbəbdən, biz iki il əvvəl rəqəmsal media məktəbini açdıq. Orada təhsil alan tələbələr daha sonra bizə qoşulur, mübarizəmizə öz töhfələrini verirlər".

O, bütün məlumatların yoxlanılaraq tamaşaçılara şəffaf şəkildə çatdırılmasına çalışdıqlarını deyib:

"Bundan əlavə, bizim fəaliyyətimiz Qərb ölkələrindən maliyyələşən media orqanları ilə mübarizəni də əhatə edir. Çalışırıq ki, bütün məlumatları yoxlayaq və şəffaf şəkildə tamaşaçılara çatdıraq. Bu istiqamətdə ən böyük mübarizəni ölkə başçısı aparır və çalışır ki, ölkəmiz haqqında məlumatları birinci əldən öyrənsinlər. Bu, dəqiqləşdirməmiş məlumatlarla mübarizədə mühüm əhəmiyyət daşıyır".

Son xəbərlər

Orphus sistemi