BSM: Aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı müvafiq ekspertizanın keçirilməsinə hazırıq

BSM: Aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı müvafiq ekspertizanın keçirilməsinə hazırıq Bakı Sağlamlıq Mərkəzi aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazır olduğunu bildirib.
Daxili siyasət
16 Yanvar , 2025 15:14
BSM: Aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı müvafiq ekspertizanın keçirilməsinə hazırıq

Bakı Sağlamlıq Mərkəzi (BSM) aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazır olduğunu bildirib.

Bu barədə həmkarlarının aktrisanın ölümünə həkim səhvinin səbəb olması ilə bağlı səsləndirdiyi iddialar əsasında "Report"un sorğusuna cavab olaraq BSM-in məlumatında qeyd olunub.

Qeyd olunub ki, aktrisa 1980-ci il təvəllüdlü Heybətova (Sultanova) Çimnaz Mütəllim qızı dəfələrlə BSM-ə 2021-ci ildən etibarən (4 il ərzində) altı dəfə tibbi xidmət alıb:

"2021-ci ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olub. İlk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməməzliyi diaqnozu ilə qəbul edilib. Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı “Leyomiosarkoma” təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji mərkəzdə radioterapiya qəbul edib".

Məlumata görə, Ç.Sultanova növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb:

"Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib. Sonuncu müraciətində qalça bağırsağının müsariqəsindən inkişaf edən bağırsaq mənfəzini tam tutan, bağırsaq keçməməzliyi yaradan “Qalça bağırsaq müsariqəsinin leyomiosarkoması Grade IV, Qaraciyər, sidik kisəsi, düz bağırsaq, nazik bağırsaq müsariqəsi və peritona metastaslar” diaqnozu ilə stasionar cərrahi müalicədə olunub. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib".

Qeyd edək ki, aktrisa yanvarın 15-də doğum günündə dünyasını dəyişib. O, bu gün Əmircan qəbiristanlığında dəfn olunub.

Son xəbərlər

Orphus sistemi