Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Zəfər Gününə həsr olunan videokonfrans keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Zəfər Gününə həsr olunan videokonfrans keçirilib Azərbaycanın Ukrayna Konqresinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin dəstəyi ilə və Birləşmiş Ukrayna Azərbaycanları Konqresinin iştirakı ilə Zəfər Gününə həsr edilmiş onlayn videokonfrans keçirilib.
Daxili siyasət
6 Noyabr , 2021 15:45
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Zəfər Gününə həsr olunan videokonfrans keçirilib

Azərbaycanın Ukrayna Konqresinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin dəstəyi ilə və Birləşmiş Ukrayna Azərbaycanları Konqresinin iştirakı ilə Zəfər Gününə həsr edilən videokonfrans keçirilib.

"Report" xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm mərkəzində təşkil olunan onlayn videokonfransda azərbaycanda Ukrayna Konqresinin sədri Yuriy Osadçenko, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikası Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Nəzarət-təftiş komissiyasının sədri Aris Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Axıska Türkləri icmasının sədri İsmayıl Rəhimov, Alban-Udin xristian icmasının sədri, tarix elmləri doktoru Robert Mobili, Avropa Yəhudiləri icmasının təmsilçisi, Makkabe, İdman cəmiyyətinin vitse-prezidenti Aleksandr Mardvinkin, Azərbaycanın Ukrayna Konqresinin Yasamal və Suraxanı şöbələrinin sədrləri, o cümlədən Azərbaycanlıların Avropa Konqresinin sədri Sahil Qasımov (Belçika), Birləşmiş Ukrayna Azərbaycanları Konqresinin prezidenti və Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyev (Kiyev) və Ukraynanın 12 vilayətindən diaspora sədrləri iştirak ediblər.

Tədbir, şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Ukrayna dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Yuriy Osadçenko tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsi və o cümlədən Ukraynanın bu haqq savaşında Azərbaycana daima dəstək olmağından məlumat verib. Mehdi Mehdiyev isə öz çıxışında Azərbaycan ordusunun yaranma tarixindən, Ukrayna dövlətinin Azərbaycan ordusunun yaranmasında yaxından iştirak etməsindən, Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ordusunun inkişafına diqqət yetirərək Cənubi Qafqazın ən güclü ordusuna çevrilməsi haqqında danışmış və bu ordunun öz ərazi bütövlüyümüzü təmin etməsi haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə iştirak edənlər hər iki tərəfdən rəşadətli Azərbaycan Ordusundan, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqına, o cümlədən bütün Türk dünyasına yaşatdığı bu sevincdən danışıblar.

Tədbirin sonunda iştirakçılar Azərbaycanın Ukrayna Konqresinin və Birləşmiş Ukrayna Azərbaycanları Konqresinin hər iki dövlətin inkişafında yaxından iştirak edəcəklərini və dostluğun daha da möhkəmləndirilməsi istiqamətində əllərindən gələni edəcəyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi