Babək şəhərində “Şəhidlər parkı” salınır.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şanlı zəfər tariximiz olan Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində və muxtar respublikanın bir sıra rayonlarında “Şəhidlər parkı” memorial kompleksləri salınacaq.
Layihə çərçivəsində artıq Babək şəhərində “Şəhidlər Parkı” memorial kompleksinin inşasına başlanılıb.
Babək şəhərinin mərkəzində 2 500 kvadratmetr ərazidə salınan parkda şəhidlərimizin ölməzliyini, şanlı qələbəmizi təcəssüm etdirən zəfər abidəsinin tikintisi tamamlanmaq üzrədir. Abidənin hündürlüyü 9, yerləşdiyi ay-ulduz platformanın diametri 12 metrdir. Həmçinin parkda Babək şəhidlərinin rəsmlərinin əks olunduğu lövhə inşa olunur.
Parkın ərazisində yaşıllıq sahələri də salınacaq.