Vilayət Quliyev: “İran dəyişmir”

Vilayət Quliyev: “İran dəyişmir” “İran dəyişmir! İranda Səfirliyimizə qarşı insan itkisi ilə nəticələnən terror aktını sərt şəkildə qınayırıq”.
Daxili siyasət
27 Yanvar , 2023 13:19
Vilayət Quliyev: “İran dəyişmir”
Vilayət Quliyev

“İranda səfirliyimizə qarşı insan itkisi ilə nəticələnən terror aktını sərt şəkildə qınayırıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev feysbuk hesabında yazıb.

O, səfirliyin həlak olan əməkdaşın ailəsinə dərin hüznlə başsağlığı verib: “İlk başsağlığının Rusiyadan gəlməsi anlaşılandır. 1829-cu il yanvarın 30-da Tehran qaragüruhunun yönləndirilmiş hücumu nəticəsində vəziri-muxtar (səlahiyyətli nazir) A.S.Qriboyedov başda olmaqla Rusiya səfirliyinin 57 əməkdaşı qətlə yetirilmişdi. İran dəyişmir!”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi