Azərbaycandakı partiyalardan biri parlament seçkilərilə bağlı strategiyanı müəyyənləşdirir

Daxili siyasət
  • 05 yanvar, 2015
  • 11:57
Azərbaycandakı partiyalardan biri parlament seçkilərilə bağlı strategiyanı müəyyənləşdirir

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün ADP İdarə Heyəti 2015-ci ilin ilk toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, toplantıda partiyanın 2015-ci ildə qarşısında duran əsas vəzifələr müzakirə obyekti olub.

İclasda 2015-ci il parlament seçkilərinə hazırlıqla bağlı partiyanın strategiya və taktikasının müəyyənləşdirilməsi, proporsional seçki sisteminin bərpası uğrunda lazımi addımların atılması qərara alınıb.

Müzakirələrdə partiya quruculuğu sahəsində görüləcək işlər - yerlərdə təşkilati strukturların möhkəmləndirilməsi və partiyaya yeni üzvlərin qəbul olunması istiqamətində planın hazırlanmasının vacibliyi qeyd edilib.

Müzakirələrin sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.