Azərbaycanda seçicilərin sayı açıqlanıb
Daxili siyasət
- 26 may, 2023
- 11:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda seçicilərin sayı açıqlanıb.
"Report"un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib ki, ölkədə səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var.
“Onların 3 milyon 005 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 057 nəfəri isə qadındır (52,56%)”, - o bildirib.
Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə əsasən bu ilin yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb.
Son xəbərlər
08:17
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:00
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
Energetika
07:47
İnfantino mübahisəli investisiya təşəbbüsünə görə üzr istəyib
Digər ölkələr
07:38
Foto
Video
Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb
Hadisə
07:10
ABŞ Prezidenti İranla münaqişənin tezliklə başa çatacağını bildirib
Digər ölkələr
06:42
Tramp müttəfiqlərə sursat tədarükünün müvəqqəti dayandırıldığını açıqlayıb
Digər ölkələr
06:05
BMT-də Azərbaycanın işgəncələrə qarşı beynəlxalq müqavilələrə sadiqliyi diqqətə çatdırılıb
Xarici siyasət
05:48
BMT-nin Baş katibliyinə namizəd təşkilatda genişmiqyaslı islahatların aparılmasına çağırış edib
Digər ölkələr
05:16
ABŞ-də məktəbdə atışma baş verib, dörd nəfər həlak olub - yenilənib
Digər ölkələr