Xankəndiyə gələn diplomatik korpus nümayəndələri Qarabağ Universitetində olublar - YENİLƏNİB

Xankəndiyə gələn diplomatik korpus nümayəndələri Qarabağ Universitetində olublar - YENİLƏNİB Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin (səfirlər və müşavirlər) Xankəndinə gəliblər.
Daxili siyasət
18 aprel 2025 09:55
Xankəndiyə gələn diplomatik korpus nümayəndələri Qarabağ Universitetində olublar - YENİLƏNİB

Xankəndiyə səfər edən Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Qarabağ Universitetində olublar.

Qonaqlar universitetdə yaradılan şəraitlə tanış olublar. Təhsil müəssisəsinin rektoru Şahin Bayramov diplomatlara universitet barəsində məlumat verib.

09:42

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) Xankəndiyə gəliblər.

Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.

Səfər diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanış etmək məqsədi daşıyır.

Səfər çərçivəsində onların Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və Şuşada birinci yaşayış kompleksini ziyarət etməsi nəzərdə tutulub.

Foto: Mircavid Eminoğlu

Son xəbərlər

Orphus sistemi