Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Milli Məclisin qəbul etdiyi yüksək cərimənin tətbiqini ləğv edib

    Milli Məclisin növbədənkənar iclasında qəbul etdiyi ikinci məsələyə veto qoymuş oldu

    Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin yanvarın 19-da keçirdiyi növbədənkənar plenar iclasda İnzibati Xətalar Məcəlləsinə qəbul etdiyi yüksək cərimənin tətbiqinə veto qoyub.

    "Report" xəbər verir ki, bu, ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslərin ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 225.5-ci maddəsinə edilən əlavənin ləğv olunmasını nəzərdə tutur.

    Beləliklə, Azərbaycan Prezidenti Milli Məclisin növbədənkənar iclasında qəbul etdiyi ikinci məsələyə veto qoymuş oldu.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi