Azərbaycan Prezidenti: “Hər bir sahə üzrə konkret proqramlarımız var”

Azərbaycan Prezidenti: “Hər bir sahə üzrə konkret proqramlarımız var” Bakı. 18 aprel. REPORT.AZ/ “Əldə edilən nailiyyətlərlə kifayətlənməməli və gələcəyə baxmalıyıq”.
Daxili siyasət
18 Aprel , 2018 14:42
Azərbaycan Prezidenti: “Hər bir sahə üzrə konkret proqramlarımız var”

Bakı. 18 aprel. REPORT.AZ/ “Əldə edilən nailiyyətlərlə kifayətlənməməli və gələcəyə baxmalıyıq”.

“Report” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

“Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Bir çox sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız var” - dövlət başçısı qeyd edib.

Ölkə rəhbəri vurğulayıb ki, bunun üçün güclü siyasi iradə, böyük maliyyə resursları var: “Öz əlimizlə bu maliyyə resurslarımızı yaratmışıq. Ona görə də xalqımız gələcəyə böyük nikbinliklə baxır. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin”.  

Son xəbərlər

Orphus sistemi