Azərbaycan MSK: “Ölkə sakinləri səs vermək üçün növbəyə düzülmüşdülər”
Daxili siyasət
- 07 fevral, 2024
- 16:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan sakinləri növbədənkənar prezident seçkilərində səs vermək istəyənlərin çoxluğu ilə əlaqədar seçki məntəqələrində növbələrə düzülmüşdülər.
“Report” “NEWS.ru”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov məlumat verib.
“Biz seçici axınının olacağını gözləyirdik. Bir çox məntəqələr açılanda səs vermək istəyənlər çox idi. Şəxsən mən səs verən zaman bir saata yaxın növbədə gözlədim”, - o deyib.
F.Cavadov qeyd edib ki, Azərbaycanda 6,4 milyona yaxın seçici var, onların əksəriyyəti səs verib.
Onun fikrincə, bu, ölkə üçün yaxşı göstəricidir. MSK üzvü vurğulayıb ki, bu il Qarabağda ilk dəfə seçkilər keçirilib.
Son xəbərlər
02:25
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
Digər ölkələr
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr
01:18
SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
Region
01:05
Foto
Türkiyədə leysan yağışları bir sıra fəsadlara yol açıb
Region
00:58
"Bloomberg": Huanq rəhbərliklə razılaşdırılmadan "Nvidia"ya qaytarılıb
Biznes
00:22
NATO Rusiya raketlərinin düşməsindən sonra Polşaya "AWACS" kəşfiyyat təyyarəsi göndərəcək
Digər ölkələr
00:07
ABŞ bir həftə ərzində Hörmüz vasitəsilə 108 milyon barel neft daşındığını açıqlayıb
Digər ölkələr
23:59
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Hadisə
23:54
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
Digər ölkələr