Azərbaycan Könüllü Təşkilatları İttifaqı prezident seçkilərinə fəal şəkildə hazırlaşır

Azərbaycan Könüllü Təşkilatları İttifaqı prezident seçkilərinə fəal şəkildə hazırlaşır Azərbaycan Könüllü Təşkilatları İttifaqı 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərinə fəal şəkildə hazırlaşır.
Daxili siyasət
10 Yanvar , 2024 17:16
Azərbaycan Könüllü Təşkilatları İttifaqı prezident seçkilərinə fəal şəkildə hazırlaşır

Azərbaycan Könüllü Təşkilatları İttifaqı 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərinə fəal şəkildə hazırlaşır.

"Report" xəbər verir ki, vətəndaş vəzifəsi və məsuliyyətini dərk edən Azərbaycan könüllüləri seçki prosesinə töhfə vermək məqsədilə seçki qanunvericiliyinə uyğun olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqının təmsilçiləri qismində seçkilərin müşahidəsində iştirak etmək niyyətindədirlər.

Bununla bağlı könüllülərin siyahısı hazırlanıb və qaydalara uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Qeyd edək ki, aktiv seçki hüququna malik olan, 18 yaşına çatmış və seçki gününə qədər 18 yaşı tamam olan Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə müşahidəçi qismində iştirak edə bilər.

Son xəbərlər

Orphus sistemi