Azərbaycan beynəlxalq protokolu təsdiqlədi

Daxili siyasət
  • 19 may, 2020
  • 13:34
Azərbaycan beynəlxalq protokolu təsdiqlədi

Prezident İlham Əliyev “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, 2019-cu il sentyabrın 9-da Nur-Sultan şəhərində imzalanmış “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokol Azərbaycan Respublikasının ona dair bəyanatı ilə təsdiq edilib.