Azad Rəhimov gənc liderlərlə görüşüb

Azad Rəhimov gənc liderlərlə görüşüb Azad Rəhimov Gənclər və İdman Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının qalib iştirakçıları ilə görüşüb.
Daxili siyasət
12 İyun , 2020 15:17
Azad Rəhimov gənc liderlərlə görüşüb

Azad Rəhimov Gənclər və İdman Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının qalib iştirakçıları ilə görüşüb. 

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, nazir onlara gələcəyin liderləri olaraq bu məktəbi yüksək səviyyədə bitirməyi arzu edib. 

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə 2019-cu ildən keçirilən proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır. 

Rəhimov bildirib ki, bu proqram gənclər üçün bir növ qeyri-formal təhsil platformasıdır: “Sizi 2-3 ay ərzində maraqlı görüşlər, təlimlər və vebinarlar gözləyir. Sanitar-epidemioloji vəziyyət normallaşdıqca ünsiyyətimizin canlı rejimə keçirilməsi nəzərdə tutulub. Hazırda davam etməkdə olan COVID-19 pandemiyası qarşımıza yeni vəzifə və çağrışlar qoyub. Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl siyasəti əhalinin, ilk növbədə, sağlamlığının qorunmasına yönəldilib. Qısa müddət ərzində atılmış addımlar – xüsusi fondun yaradılması, Bakı və regionlarda karantin üçün yerlərin ayrılması, modul tipli xəstəxənaların tikilməsi, tibbi ləvazimatların istehsalının təmin edilməsi xüsusilə qeyd olunmalıdır”.

01 - 30 apreldə 2020-ci il üçün elan olunmuş proqrama 40-dan artıq rayon və şəhərdən 350-dən cox gənc müraciət edib. Hər bir iddiaçının anketi diqqətlə öyrənildikdən sonra ilkin seçim nəticəsində 171 gənclə onlyan formada müsahibə aparılıb. Ümumilikdə 110 gənc iştirakçı kimi seçilib. İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünya görüşləri və hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komanda da işləmək təcrübəsi kimi meyarlara üstünlük verilib. İyun - sentyabr aylarında proqram çərçivəsində onlayn formada rəsmi şəxsərlə görüşlər, vebinarlar və təlimlərin keçirilməsi nəzərdə tutulub. Sentyabr-oktyabr aylarında iştirakçılar komandalarda layihə və təkliflər hazırlayacaqlar. Təkliflər aidiyyəti üzrə müvafiq dövlət orqanlarına təqdim edilməsi nəzərdə tutulur.

Sanitariya-epidemioloji vəziyyətdən asılı olaraq Naxçıvan Muxtar Respublikasına səfər planlaşdırılır. İştirakçıların hər birinə məzun diplomlarının təqdim edilməsi nəzərdə tutulub. 2019-cu ildə həyata keçirilmiş proqram çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Əlkəbərov, Müdafiə naziri Zakir Həsənov, Əmək və Əhalinin Sosila Müdafiəsi naziri Sahil Babayev, Təhsil naziri Ceyhun Bayramov, Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İlqar Musayevlə görüşüblər. 

Proqram Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əsasında həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi