“ASAN xidmət”in təşkilatçılığı ilə beynəlxalq forumda sessiyalar keçirilib - YENİLƏNİB

“ASAN xidmət”in təşkilatçılığı ilə beynəlxalq forumda sessiyalar keçirilib - YENİLƏNİB “ASAN xidmət”in təşkilatçılığı ilə Gülüstan sarayında, “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda təşkil olunan beynəlxalq Forumda sessiyalar keçirilib.
Daxili siyasət
15 dekabr 2022 11:39
“ASAN xidmət”in təşkilatçılığı ilə beynəlxalq forumda sessiyalar keçirilib - YENİLƏNİB

“ASAN xidmət”in təşkilatçılığı ilə Gülüstan sarayında, “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda təşkil olunan beynəlxalq Forumda sessiyalar davam edib.

"Report" xəbər verir ki, Forum çərçivəsində ikinci sessiya “Dövlət xidmətlərinin göstərilməsi və ağıllı idarəetmə üçün gələcək trendlər”  mövzusuna həsr olunub. “Human Future” şirkətinin təsisçisi, beynəlxalq ekspert  Conathan Reiçentalın moderatorluğu ilə keçirilən sessiyada  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Monteneqro Respublikasının dövlət idarəçilik naziri Maraş Dukaj,  Gürcüstanın ədliyyə nazirinin müavini Erekle Qvinianidze, Birləşmiş Ərəb Əmirliklərinin Hökumət xidmətlərinin rəisi Muhammed Bin Taliah, Dövlət idarəçiliyi islahatı qrupunun direktoru və Serbiya Respublikası Baş nazirinin aparatında İKT və innovasiyalar üzrə müşavir Marta Tomovska, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökumət Rəqəmsal Xidmətinin keçmiş Baş direktoru, beynəlxalq ekspert Kevin Kanninqton çıxış ediblər.

Sessiyada əsas çıxışlar və müzakirələr dövlət xidmətlərinin göstərilməsi istiqamətində gələcək tendensiyaları, informasiya kommunikasiya texnologiyaları sahəsində perspektiv imkanları müəyyənləşdirmək istiqamətində olub.

Sessiyaların ardından Forumun bağlanış mərasimi təşkil olunub.

12:25

“ASAN xidmət”in təşkilatçılığı ilə Gülüstan sarayında, “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda təşkil olunan beynəlxalq Forumda sessiyalar keçirilib.

"Report" xəbər verir ki, ilk sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün dövlət xidmətlərində innovasiyaların tətbiqi” mövzusuna həsr olunub.

BMT-nin İqtisadi və Sosial Departamentinin Dövlət xidmətlərində innovasiyalar bölməsinin keçmiş rəhbəri, beynəlxalq ekspert Con-Meri Kauzyanın moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Moldova Respublikasının Baş Nazirinin müavini Yurie Tsurkanu, Uqanda Respublikasının dövlət xidməti naziri Vilson Muruli Mukasa, Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Taşkulov, Maldiv Respublikasının ətraf mühit, iqlim dəyişikliyi və texnologiya naziri Mohamed Şarif, Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini Askar Jambakin, İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar nazirinin baş müşaviri Məhəmməd İmanuddin, “StartupBlink”in icraçı direktoru Eli David çıxış ediblər.

Sessiyada əsas çıxışlar və müzakirələr dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar vətəndaş məmnunluğunun əldə edilməsi üçün hazırkı dövrdə və gələcəkdə innovasiyaların tətbiqinin vacibliyi ilə əlaqədar olub.

Son xəbərlər

Orphus sistemi