Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi İmaməddin Əliyev dəfn edilib - YENİLƏNİB

Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi İmaməddin Əliyev dəfn edilib - YENİLƏNİB Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İmaməddin Əliyevin nəşi Füzuli rayonuna gətirilib.
Daxili siyasət
12 İyul , 2024 18:11
Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi İmaməddin Əliyev dəfn edilib - YENİLƏNİB

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İmaməddin Əliağa oğlu Əliyevlə Ağdaş rayonunun Pirəzə kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Pirəzə kəndində dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ağdaş Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

17:37

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İmaməddin Əliyevin nəşi Ağdaş rayonuna gətirilib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Ağdaş rayonunun Pirəzə kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, İmaməddin Əliağa oğlu Əliyev 1973-cü il oktyabrın 18-də anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

İ.Əliyev Pirəzə kənd qəbiristanlığında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi