41 saylı seçki dairəsində 107 və 105 yaşlı seçicilər səs verəcək
Daxili siyasət
- 29 yanvar, 2025
- 07:53
41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsində 107 və 105 yaşlı seçicilər səs verəcək.
"Report"un Qərb bürosunun məlumatına görə, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsində iki uzunömürlü seçici qeydiyyatdadır.
Onlar 107 yaşlı Qəhrəmanova Hava Yunis qızı və 105 yaşlı Musayeva Aliyə Vəli qızıdır.
Məlumata əsasən, həmin dairədə yaşı 80-100 arası olan ümumilikdə 807 seçici var.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Son xəbərlər
16:50
Fransada partiyanın ofisi bomba təhdidi ilə üzləşib
Digər ölkələr16:48
Azərbaycan Premyer Liqası dünyanın ən yaxşı 41-ci milli çempionatı hesab olunub
Futbol16:37
Azərbaycan ötən il İndoneziyadan smartfon idxalını kəskin artırıb
Biznes16:37
Ekspert: Mərkəzi Asiya ilə Azərbaycana nəqliyyat və tranzit üzrə koordinasiya mexanizmi lazımdır
Xarici siyasət16:24
Kim Min Ce "Bavariya"dan ayrıla bilər
Futbol16:15
"SOCAR Polymer" ötən il istehsalı 33 % artırıb
Energetika16:12
Avropa Komissiyası fevralın 26-da yüksək səviyyəli siyasi dialoq keçirəcək
Digər ölkələr16:12
Müştərisinin saçını kəsib sonra təqaüdünü talamaqda şübhəli bilinən bərbər saxlanılıb
Hadisə16:09