23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində 30 nəfər səs verib

Daxili siyasət
  • 23 dekabr, 2019
  • 05:01
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində 30 nəfər səs verib

Bələdiyyə seçkiləri ilə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb.

“Report”un xəbərinə görə, bu məntəqənin seçici siyahısında 1460 nəfərin adı var.

Seçki məntəqəsində səsvermə başlayandan 35 dəqiqə vaxt ərzində, təqribən, 30 nəfər səs verib. Bu məntəqədə qeydiyyatdan çıxan olmayıb. Seçki prosesini yerli müşahidəçilər izləyirlər.

Məntəqə 23 saylı tam orta məktəbin binasında yerləşir.