Saat 11:00-a olan məlumata əsasən, 20 saylı Nərimanov ikinci seçki dairəsinin 1 saylı seçki məntəqəsində 117 seçici səs verib, seçici fəallığı yüksəkdir.
Bunu "Report"a açıqlamasında məntəqənin sədri Nəcibə Axundova bildirib.
O, seçki prosesinin sakit və şəffaf şəraitdə davam etdiyini, indiyədək heç bir insidentin qeydə alınmadığını bildirib: “Seçicilərimiz növbəli şəkildə səsvermədə iştirak edirlər və seçki hüquqlarından istifadə edirlər,” – o qeyd edib.
Sədr evdə səsvermə ilə bağlı heç bir müraciət daxil olmadığını, lakin belə bir tələb olarsa, dərhal təmin ediləcəyini də deyib.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.