Türkiyə Prezidenti: “Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir"

Türkiyə Prezidenti: “Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir" Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz.
Qarabağ
19 Oktyabr , 2018 17:29
Türkiyə Prezidenti: “Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində bildirib.

“Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq", - deyə Ərdoğan vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi